ABŞ və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Sənədin potensialının reallaşdırılması üçün əməkdaşlıq imkanları müzakirə olunub, Bakıdakı ABŞ səfirliyi X-də yazdı, Report xəbər verir.
"Azərbaycandakı Amerika Ticarət Palatasına, aylıq üzvlərinin naharında Amy Carlonu, həmçinin Dövlət Departamentinin senior məsləhətçisi Rebecca Neff və USTDA ölkə direktoru Sara Lemingi qəbul etdiyinə görə təşəkkür edirik. CDA Carlon Azərbaycan və Amerika kolleqləri ilə ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Haqqında Sənədin potensialının necə reallaşdırıla biləcəyi barədə məhsuldar müzakirələr apardı", səfirlik X-də yazdı.