«Sport» (Turan Now) - Qırğızıstanın qadın milli voleybol komandasının yeni baş məşqçisi Ukraynadan Yevgeni Nikolayev oldu.
Qırğızıstan Voleybol Federasiyasının «Sport Turan Now»-a verdiyi məlumata görə, 61 yaşlı mütəxəssis komandanı Nepal və Filippində keçiriləcək beynəlxalq turnirlərə hazırlayacaq.
Qırğızıstan milli komandasının məşqçi heyətinə Rusiyadan gələn analitik məşqçi Dmitri Maruxniç də qoşuldu.
Xarici mütəxəssislərə kömək etmək üçün Qırğızıstanlı məşqçilər - Əbdülhəmid Aysaxocıyev, Nürgəzı Qoççolokov, Batıralı Orozov, Əzəmət Calomanov və İslam Tatıkulov çalışacaqlar.
Mayın axırında Qırğızıstan komandası Nepalda Mərkəzi Asiyanın Voleybol Assosiasiyasının (CAVA) reyting çempionatında iştirak edəcək, sonra isə tarixdə ilk dəfə Filippində Asiya Kubokunda çıxış edəcək.
Yevgeni Nikolayev «Ximik» komandası ilə doqquz dəfə Ukrayna Superliqasının çempionu oldu.
Onun komandası dörd dəfə Kubok və Superkubokun qalibi oldu, həmçinin Voleybol Çempionlar Liqası və Avropa Voleybol Konfederasiyası Kubokunda iştirak etdi.
2015-ci ildə Cənubi Koreya komandası ilə Yevgeni Nikolayev Dünya Universiadasının finalçısı oldu.